Gömrükdə əməliyyat - 30 telefon tutuldu

gomrukde-emeliyyat-
Oxunma sayı: 1638

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən “Xanoba” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mersedes Benz” markalı avtomobilə gömrük baxışı keçirilib.

Qafqazinfo” xəbər verir ki, yoxlama zamanı nəqliyyat vasitəsinin arxa buferinin altındakı boşluqdan gömrük nəzarətindən gizlədilən, 19 ədəd “Samsung Galaxy J1 mini”, 5 ədəd “Samsung Galaxy J1” və 6 ədəd “Samsung Galaxy J3” markalı telefonlar, avtomobilin ön sağ təkərindən isə 30 ədəd “Samsung” markalı adaptelər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.