Generalların məhkəməsi gedir

generallarin-mehkemesi-gedir
Oxunma sayı: 1584

Bu gün Sabunçu rayon məhkəməsinin inzibati binasında ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və onların əməkdaşları Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinyət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Müdafiə tərəfi istintaq zamanı yol verilən pozuntulara əsaslanaraq cinayət işinin geri qaytarılması, ötən əsrin əvvəllərində tikilən, təqsirləndirilən şəxslərə aidiyyatı olmayan adamlarım adına olan əmlakların üzərinə qoyulan həbsin götürülməsi, S.Qurbanovun səhhətinin ağır olmasına görə məcburi müalicəyə göndərilməsi, cinayət işinə "kserokopya" formasında tikilən şahid ifadələrinin sübutlar siyahısından çıxarılması ilə bağlı barədə vəsatətlər verib.

Vəsatətlər baxılmamış saxlanılıb. Prosesdə fasilə elan olunub.

Murad Əhməd