Gəncədə kütləvi dava - Qardaşlar xəsarət aldılar

gencede-kutlevi-dava-
Oxunma sayı: 2068

Gəncə şəhərində kütləvi dava baş verib, nəticədə iki qardaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, 34 yaşlı Zakir Verdiyev və 31 yaşlı Mahir Verdiyev şəhərin “Bala bağban” adlanan ərazisində döyülüb. Qardaşlardan Zakir Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının (TTYX) travmatologiya şöbəsinə yerləşdirilib. Ona əng sümüyünün qırığı diaqnozu qoyulub. Qardaşı Mahir Verdiyevin gözünə bibər suyu töküldüyündən o, Göz Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.