Gəncədə fermada girov saxlanılan ruslar xilas edildi

gencede-fermada-girov-saxlanilan-ruslar-xilas-edildi
Oxunma sayı: 3329

Daxili İşlər Nazirliyi Gəncə şəhərində əməliyyat keçirib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhərində yaşayan Sahib Tağıyevə məxsus fərdi heyvandarlıq müəssisəsində Rusiya Federasiyası vətəndaşının azadlıqlarını məhdudlaşdırmaqla uzun müddət işləməyə məcbur edilməsi müəyyən olunub. Faktla əlaqədar cinayət işi başlanıb.

Murad Əhməd