Gəncədə 54 yaşlı qadın bıçaqlanaraq qətlə yetirilib

gencede-54-yasli-qadin-bicaqlanaraq-qetle-yetirilib
Oxunma sayı: 1343

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) bədənin kəsilmiş-deşilmiş yaraları ilə qadın gətirilib. "Qafqazinfo" Kəpəz TV-yə istinadən xəbər verir ki, qadının bıçaqlandığı bilinib və o, əməliyyat edilib.

Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb. Araşdırmalar nəticəsində məlub olub ki, bıçaqlanan şəxs Nahidə İsmayılova adlı şəhər sakinidir.

Polis qadını bıçaqlayan şəxsin kimliyini müəyyən etməyə çalışır.