Gəncədə 20 yaşlı oğlan 50 yaşlı kişini öldürdü

gencede-20-yasli-oglan-50-yasli-kisini-oldurdu
Oxunma sayı: 3477

Gəncədə qətl hadisəsi törədilib.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə hadisə ötən axşam şəhərin Muxtar Hacıyev küçəsində qeydə alınıb.

Şəhər sakini 1966-cı il təvəllüdlü Əbülfət Quliyev mübahisə zəminində 1996-cı il təvəllüdlü Səmral Hüseynzadə tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Qətli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.