Gəncədə 16 yaşlı oğlan intihar etdi

gencede-16-yasli-oglan-intihar-etdi
Oxunma sayı: 2567

Gəncədə intihar hadisəsi baş verib.

Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin “Türklər qəsəbəsi” adlanan ərazisində qeydə alınıb.

Qəsəbə sakini 2000-ci il təvəllüdlü Vəliyev Əli İlyas oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.