Gəncə-Göygöl yolunda qəza - Yaralılar var

gence-goygol-yolunda-qeza-
Oxunma sayı: 1298

Gəncə-Göygöl avtomobil yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, qəza yolun Qızılqaya qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. “Nissan” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və maşın yolun kənarında olan maneəyə çırpılıb.

Qəza zamanı avtomobildə olan iki nəfər müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.