Gənc oğlan dəm qazından boğuldu

genc-oglan-dem-qazindan-boguldu
Oxunma sayı: 1094

Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində dəm qazından ölüm hadisəsi qeydə alınıb.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə qəsəbənin 11-ci Mədən deyilən ərazisində baş verib.

1994-cü il təvəllüdlü Rüstəmli Fuad hamam otağında dəm qazından zəhərlənib.

Zəhərlənən şəxs 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılarkən, yolda keçinib. Meyit tibbi ekspertizadan keçirilməsi üçün morqa göndərilib.

Faktla bağlı araşdırılma aparılır.