Gəlinin əmisi qayınatanı bıçaqladı - Qayınananı döydü

gelinin-emisi-qayinatani-bicaqladi
Oxunma sayı: 3106

Neftçala rayonunda ailə münaqişəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Neftçalanın Şorkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1969-cu il təvəllüdlü Füzuli Sabir oğlu Piriyev bıçaqlanıb, həyat yoldaşı Piriyeva Şərafət Qurban qızı isə döyülüb.

Onlara Salyan Rayon Mərkəzi Xəstəxanasında yardım göstərilib.

Hadisənin Piriyevlərin gəlininin əmisi tərəfindən törədildiyi bildirilir.

Neftçala Rayon Polis Şöbəsindən hadisə barədə məlumat verməkdən imtina ediblər.

Faktla bağlı araşdırma aparılır.