Gədəbəydə iki maşın toqquşdu - Ölən və yaralananlar var

gedebeyde-iki-masin-toqqusdu
Oxunma sayı: 1067

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qızıltorpaq kəndi ərazisində qeydə alınıb.

Rayon sakini Yaşar Məmmədovun idarə etdiyi "Zil" markalı yük avtomobillə Nazim Mürsəlovun idarə etdiyi "VAZ21011" markalı avtomobil toqquşub. Qəza zamanı minik avtomobilinin sürücüsü hadisə yerində ölüb, avtomobildə olan 4 nəfər sərnişin isə müxtəlif bədən xəsarətləri alaraq Gədəbəy rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.