Gədəbəydə 6 otaqlı ev yandı

gedebeyde-6-otaqli-ev-yandi
Oxunma sayı: 831

Gədəbəydə yanğın hadisəsi qeydə alınıb.

Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Gədəbəy rayonu, Çiçəkli kəndində vətəndaşa məxsus ümumi sahəsi 208 m2 olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyü, 2-ci mərtəbəsində 4 otağın yanar konstruksiyaları, ev əşyaları 104 m2 sahədə və bitişik yerləşən ümumi sahəsi 40 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 4 m2sahədə yanıb.

Evin və tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.