Füzulidə yanğın

fuzulide-yangin
Oxunma sayı: 965

Füzuli rayonunda yanğın hadisəsi qeydə alınıb.

Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Füzuli rayonu, Aşağı Əbdürrəhmanlı kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 30 ha və təmas xətti boyunca 70 ha sahədə kol-kos yanıb. Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Rayonun Aşağı Seydəhmədli kəndində isə təmas xətti boyunca 200 ha sahədə kol-kos yanıb. Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 20:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.