Füzulidə xəstəxana yandı

fuzulide-xestexana-yandi
Oxunma sayı: 756

Füzuli rayonunda yanğın olub.

QafqazinfoFövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, İkinci Zobucuq qəsəbəsində Səhiyyə Nazirliyinə məxsus, ümumi sahəsi 1400 m2 olan birmərtəbəli xəstəxanada, sahəsi 20 m2 olan palatanın içərisində 1 ədəd yataq dəsti yanıb.

Yüksək temperaturdan 1 ədəd plastik qapı əriyib. Xəstəxananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 11:58-də söndürülüb.