FHN Nərimanovdakı yanğınla bağlı məlumat yaydı

fhn-nerimanovdaki-yanginla-bagli-melumat-yaydi
Oxunma sayı: 1215

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Nərimanov rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, yanğın "Rahatlığın Məkanı" MMC-nin ərazisində baş verib. Nəticədə həcmi 25 ton olan istifadəyə yararsız mazut çəninin ətrafına dağılmış mazut qalıqları 60 m2 sahədə, sahəsi 20 m2 olan istifadəyə yararsız tikilinin yanar konstruksiyaları, 1 ədəd şam ağacı yanıb və yüksək temperaturdan yaxınlıqda dayanmış "Novartis" şirkətinə məxsus "Volkswagen" markalı minik avtomobilinin qabaq üzlük hissəsi qismən qarsalanıb.

Mazut çəni, avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.