FHN iki nəfəri xilas etdi

fhn-iki-neferi-xilas-etdi
Oxunma sayı: 634

Bakıda dənizdə batan 2 nəfər xilas edilib.

Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xəzər rayonunda dənizdə 2 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarmış və aidiyyati üzrə təhvil veriblər.