FHN 5 nəfəri xilas etdi

fhn-5-neferi-xilas-etdi
Oxunma sayı: 891

Bakı şəhəri, Xətai rayonunda 4 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

“Qafqazinfo”xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar. 

***

Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-nin əməkdaşları hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.