Fərman Kərimzadənin oğlu üçün son şans

ferman-kerimzadenin-oglu-ucun-son-sans
Oxunma sayı: 1784

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda tərəflərə barışıq imzalamaq təklif edilib.

Hakim bildirib ki, zərərçəkmişlərlə təqsirləndirilənlər arasında danışıq prosesi gedir: "Bu, Əziz Kərimzadənin sonuncu şansıdır. Tələbimiz budur ki, bundan istifadə etsin".

Ə.Kərimzadə məhkəməyə təşəkkür edib. Proses fevralın 22-də davam etdiriləcək.

Qeyd edək ki, Əziz Kərimzadə tanınmış yazıçı Fərman Kərimzadənin oğludur.

Murad Əhməd