Falçı Esmira məhkəmə zalında həbs edildi - Hökm oxundu

falci-esmira-mehkeme-zalinda-hebs-edildi-
Oxunma sayı: 3028

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən falçı Esmira Muradovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ənvər Seyidovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə istintaq dövründə zamində olan E.Muradova 7 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, E.Muradova fala baxmaq və işə düzəltmək adı ilə bir neçə şəxsi aldadaraq pullarını ələ keçirməkdə ittiham olunur.

Murad Əhməd