Evində yanıb öldü - Xaçmazda faciə + Fotolar

evinde-yanib-oldu-
Oxunma sayı: 1629

Xaçmazda ölümlə nəticələnən yanğın hadisəsi baş verib. 

“Qafqazinfo” KanalEF.com-a istinadən xəbər verir ki, hHadisə Xaçmaz şəhərinin N.Nərimanov küçəsindəki 1 mərtəbəli barak tipli yaşayış evlərinin birində baş verib. Gecə saat 01:36-da başlayan yanqın ocağına FHN-nin Xaçmaz Dövlət Yanqından Mühafizə hissəsinin 1 yanğın söndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürənlər hadisə yerindən 35 yaşlı Rövşən Seyidbala oğlu Şixaliyevin meyitini aşkar ediblər.
Onun 2 kvm döşəməsi yanmiş otaqda tüstüdən boğularaq öldüyü ehtimal edilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.