Evdən 50 minlik oğurluq edən şəxs tutuldu

evden-50-minlik-ogurluq-eden-sexs-tutuldu
Oxunma sayı: 907

Samux rayonunda evdən 50 min manatlıq qızıl oğurlanıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, mayın 3-də rayon sakini İlahə Məmmədovanın evindən 50000 manat dəyərində qızıl əşyalar oğurlanıb.

Samux RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Gəncə şəhər sakini Seymur Əliyev tutulub.

Murad Əhməd