Evdə qaz partlayışından sonra dəhşətli görüntülər - Video

evde-qaz-partlayisindan-sonra-dehsetli-goruntuler-
Oxunma sayı: 2698

Samuxda qaz sızması güclü partlayışa səbəb olub.

Qafqazinfo” ARB TV-yə istinadən xəbər verir ki, partlayış nəticəsində yararsız hala düşən evdə iki nəfər ağır xəsarət alıb.Rayonun Aşağı Ağasıbəyli kəndində olan partlayışda Naçar İsmayılovun bədəninin 65 faizi, onun həyat yoldaşı - 51 yaşlı Zemfira İsmayılovanın bədəninin 45 faizi yanıb. Hər iki yaralı ilk olaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Daha sonra isə vəziyyətlərinin ağırlığı nəzərə alınaraq Bakıdakı Respublika Yanıq Mərkəzinə göndəriliblər.

Hadisə zamanı evdə daha 4 nəfər - Naçar İsmayılovun gəlini və 3 azyaşlı nəvəsi olsa da onlar xəsarət almayıb.

Hadisənin dəqiq baş vermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.