“Evdə nə vardısa, hamısı yandı”

evde-ne-vardisa-hamisi-yandi
Oxunma sayı: 1978

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə verib.

Zərərçəkmiş İslam Aslanov yanöın vaxtı evdə olduğuni, səs eşidib çölə qaçdıqlarını deyib: "Evdə nə vardısa, hamısı yandı".

"TNH" şirkətində mühasib işləyən Gündüz Abbasov şahid qismində ifadə verərək Fərid Sadıqovu tanıdığını, şirkətdə gördüyünü deyib.

Zavodun tikintisində iştirak edən Hidayət Süleymanov da şahid kimi ifadə verib və təqsirləndirilənlərdən Fərid Sadıqovu tanıdığını deyib: "Zavoda Mamed müəllim rəhbərlik edirdi. Mərhum Nüsrət Muxtarov isə tikinti işləri üzrə müavin idi".

Hakim bildirib ki, N.Muxtarov vəfat etdikdən sonra oğlu Asif Muxtarov nümayəndə təyin edilsə də, hazırda o hərbi xidmətə getdiyi üçün əmisi Elşən Muxtarov onu əvəz edəcək.

Məhkəmə prosesi noyabrın 1-də davam etdiriləcək.

Murad Əhməd