Evdə dava düşdü - Arvadını bıçaqladı

evde-dava-dusdu
Oxunma sayı: 3158

Göyçay rayonunda bıçaqlanma olub.

Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə bu gün Göyçay şəhərinin Səməd Vurğun küçəsində baş verib.

Göyçay sakini Fəqan Misirxanov ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı yaşadığı evdə həyat yoldaşı, 1984-cü il təvəllüdlü Misirxanova Humay Murad qızını bıçaqlayıb. H. Misirxanova təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.