Ər arvadının üstünə qaynar su tökdü - Bakıda

er-arvadinin-ustune-qaynar-su-tokdu
Oxunma sayı: 2913

Bakı sakini münaqişə zəminində həyat yoldaşının üstünə qaynar su töküb.

Qafqazinfo”nun Lent.az-a istinadən məlumatına görə, hadisə dünən axşam saatlarında Suraxanı rayonunun Qaraçuxur qəsəbəsininin Mehbalıyev küçəsindəki mənzildə baş verib.

57 yaşlı Fərhad Məhərrəmov həyat yoldaşı, 55 yaşlı Anaxanım Məhərrəmova ilə dalaşıb və bu zaman sobanın üzərində qaynayan suyu onun üstünə töküb.

2-ci və 3-cü dərəcəli termiki yanıq xəsarətləri alan qadın 5 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib və ona tibbi yardım göstərilib.

A.Məhərrəmova həyat yoldaşının məsuliyyətə cəlb edilməsi ilə bağlı 32-ci Polis Bölməsinə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.