Əli Abbasovun evindən 1 milyon oğurlandı

eli-abbasovun-evinden-1-milyon-ogurlandi
Oxunma sayı: 5534

Bir neçə gün əvvəl unikal.org saytı sabiq Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun bağ evindən 1 milyon dolların oğurlanması ilə bağlı xəbər yaymışdı. “Qafqazinfo” xəbər verir ki, həmin məlumatda Əli Abbasovun Goradildəki bağ evindən külli miqdarda pul oğulandığı qeyd olunmuşdu:

“Belə ki, oğrular həyətdəki öyrədilmiş itin də zərərsizləşdirilməsi üçün plan cızıblar. Yəni, oğrular bir müddət hasardan itə yem verərək özlərinə öyrəşdiriblər. Bundan sonra həyətə girib niyyətlərini gerçəkləşdiriblər.
Maraqlı məqamlardan biri də odur ki, hadisə ilə bağlı araşdırma MTN tərəfindən aparılıb və oğrular saxlanılıb. Həmin vaxt Əli Abbasov oğrulara pulun bir qismini qaytarmaq şərtiylə azadlığa buraxılmalarına şərait yaradacağını təklif etsə də oğrular bu təklifdən imtina ediblər. Onlar hazırda da cəzaçəkmə müəssisələrində cəzalarını çəkir”.

“Qafqazinfo” xəbər verir ki, haqqın.az saytı da sözügedən oğurluq faktı ilə bağlı bu gün məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə nazirin vəzifəsindən azad edilməsindən bir neçə həftə sonra baş verib. Operativ-istintaq tədbirləri nəticəsində qarətçilər müəyyən edilərək saxlanılıb.