Əli Abbasov 1 milyonluq oğurluqdan danışdı

eli-abbasov-1-milyonluq-ogurluqdan-danisdi
Oxunma sayı: 5284

"Mən də xəbərləri oxumuşam.Yazıblar ki, guya oğurluq edən şəxslər artıq həbs olunublar”.

“Qafqazinfo” xəbər verir ki, bunu anspress-ə açıqlamasında sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib. Bağ evindən 1 milyon manat pul oğurlanması xəbərinə münasibət bildirən sabiq nazir deyib ki, həbs üçün məhkəmə olmalıdır: “Bu hadisə nə vaxt baş verdi ki, məhkəmə də oldu. Həbs olunanlar kimdir? Adları belə yoxdur. Həm də yazırlar ki, bu işə MTN baxır. MTN-lə oğurluğun nə əlaqəsi? Guya bağımdakı iti də zərərsizləşdiriblər. Yazılanlar həqiqətə uyğun deyil".

Əli Abbasov onu da əlavə edib ki, onun, həqiqətən də 1998-ci ildən Goradildə bağ evi var. Amma oradan heç nə oğurlanmayıb.