Ələt-Astara yolunda əlil maşını qəzaya uğradı

elet-astara-yolunda-elil-masini-qezaya-ugradi
Oxunma sayı: 1062

Bu gün günorta saatlarında Ələt-Astara avtomobil yolunun “Şirvan” kanalına yaxın hissəsində “OKA” markalı əlil maşını arxadan, qarşısında hərəkətdə olan “Tofaş” markalı minik maşınına çırpılıb.

Qafqazinfo”nun Virtualaz.org-a istinadən məlumatına görə, hadisə nəticəsində heç kəs xəsarət almasa da “OKA”nın sürücüsü, 1972-ci ildə anadan olmuş Masallı rayon sakni, 2-ci qrup Qarabağ əlili Abıyev Yalçın Sakit oğlunun sükan arxasında huşsuz vəziyyətdə qaldığı məlum olub. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Koma vəziyyətindədir. Ehtimal edilir ki, sürücünü komatoz vəziyyətinə salan onun içdiyi alkoqollu içki ilə qəbul etdiyi dərmanların bir-birinə qarışması olub.

Hazırda Yalçın Abıyevə komadan çıxması üçün zəruri tibbi yardım göstərilir.

Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.