Ələt-Astara yolunda avtobus qəzaya düşdü - Ölən var

elet-astara-yolunda-avtobus-qezaya-dusdu
Oxunma sayı: 2272

Ələt-Astara yolunda Bakıdan Lənkərana gedən sərnişin avtobusu qəzaya uğrayıb.

Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, hadisə Ələt-Astara yolunun Salyan rayonundan keçən hissəsində baş verib.

Bakı şəhər sakini Şahpələng Qasımov idarə etdiyi “Mercedes” markalı sərnişin avtobusu ilə Salyan rayon sakini Fərhad Fazil oğlu Məmmədovun idarə etdiyi “VAZ-21011” markalı avtomobil toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində ağır xəsarət alan 1 nəfər - "VAZ-21011” markalı avtomobilin sürücüsü F.Məmmədov Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, orada ölüb.