Ehtiyatsızlığı ölümünə səbəb oldu

ehtiyatsizligi-olumune-sebeb-oldu
Oxunma sayı: 1279

İsmayıllı şəhər sakini Mehdi Mehdiyev nərdivandan yıxılaraq ölüb.

"Qafqazinfo" DİN-ə istinadən xəbər verir ki, usta olaraq işləyən İsmayıllı şəhər sakini M. Mehdiyev Tircan kəndindəki evlərdən birində təmir işləri apararkən nərdivandan yıxılıb. O, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.