Dünya bu gözəllikdən məhrum oldu - 23 yaşında canına qıydı

dunya-bu-gozellikden-mehrum-oldu
Oxunma sayı: 22209

Xəbər verdiyimiz kimi, dünən Bakıda 23 yaşlı qız yaşadığı evdə özünü asaraq intihar edib. Hadisə fevralın 8-i saat 19 radələrində Yeni Yasamal 2, bina 5 ünvanında qeydə alınıb.

“Qafqazinfo” Nigar Vahabovanın fotolarını təqdim edir. 

Qeyd edək ki, Nigarın bacısı Aytac Vahabova telekanalların birində redaktor işləyir.

***

Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, N.Vahabova intihardan əvvəl valideynlərinə məktub yazıb. O, məktubunda valideynlərindən üzrxahlıq edib, etdiyi əmələ görə onu bağışlamalarını istəyib. Gənc qız ata-anasını incitdiyini və buna görə çox məyus olduğunu qeyd edib.

Bildirilir ki, N.Vahabova Koorperasiya Universitetinin 3-cü kurs tələbəsi olub. Son vaxtlar onların ailəsində müəyyən problemlər, eləcə də maddi sıxıntılar varmış.