Dünənki qəzalar - 2 nəfər həlak olub

dunenki-qezalar-
Oxunma sayı: 2647

Dünən baş verən 4 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, hadisələrdən biri 22 radələrində Tərtər rayonunun Azadqaraqoyunlu kəndində baş verib. Bərdə rayon sakini Xəyyam Abdullayev idarə etdiyi “QAZ-33021” markalı avtomobillə yolu keçən kənd sakini Qəhrəman Nəsirovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Digər bir yol-nəqliyyat hadisəsi isə Kürdəmir rayonunun Sor-Sor kəndində baş verib. Rayon sakinləri Ağamusa Mahmudovun idarə etdiyi “VAZ-2106” və Coşqun İsayevin idarə etdiyi “İnfiniti” markalı avtomobillər toqquşub. Nəticədə A.Mahmudov və 3 sərnişini xəstəxanaya yerləşdirilib, Elməddin orada ölüb. Hər iki halla bağlı araşdırma aparılır.