DTX-nin polkovnikinin əlində - qumbara partladı

dtx-nin-polkovnikinin-elinde
Oxunma sayı: 11680

Yeni yaradılan Dövlət Təhülükəsizlik Xidmətinin Bakıda yerləşən əsas binasında hadisə baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bir neçə gün öncə təhlükəsizlik xidmətinin əməkdaşları ilə keçirilən təlim zamanı olub.

Xidmətin şöbə rəisi, 1968-ci il təvəllüdlü, polkovnik-leytenant Mustafayev təlim keçən zaman əl qumbarasının zapalı partlayıb.

Mustafayev üz nahiyəsinin yanıq xəsarəti ilə Dövlət Təhlükəsizlik Xidmətinin hospitalına yerləşdirilib.