Dövlət avtomobili silsilə qəza törətdi - 10 AA 032

dovlet-avtomobili-silsile-qeza-toretdi-
Oxunma sayı: 4443

Bakıda Daxili İşlər Nazirliyinə məxsus avtomobil qəzaya düşüb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, Nəsimi rayonu, Bülbül prospektində bir neçə gün öncə baş verən qəzada 3 avtomobil toqquşub. Polis Akademiyasına məxsus polis serjantı 1993-cü il təvəllüdlü Pünhan Fəridlinin idarə etdiyi "Nissan Altima" markalı 10 AA 032 nömrəli avtomobil Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Fərid Əfəndiyevin idarə etdiyi "VAZ-21011" markalı 90 OX 154 nömrəli avtomobil toqquşub.

Qəza nəticəsində P.Fəridli idarəetməni itirərək yolun kənarında dayanan Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Anar Kərimliyə məxsus "Hyundai" markalı 90 NL 696 nömrəli avtomobili vurub. Qəza nəticəsində ağır xəsarət alan olmayıb. Nəsimi RPİ-də araşdırma aparılır.

Murad Əhməd