Dostunu öldürməyə cəhd edənin məhkəməsi başlayıb

dostunu-oldurmeye-cehd-edenin-mehkemesi-baslayib
Oxunma sayı: 848

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Ziyafət Manafovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə ilkin hazırlıq iclası baş tutub.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib.

Məhkəmə prosesi oktyabrın 27-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə Pirallahı rayonunda baş verib. Birgə balıq ovu ilə məşğul olan dostların mübahisəsi silahlı insidentlə nəticələnib. Keçmiş məhkum, 1960-cı il təvəllüdlü Ziyafət Manafov 1963-cü il təvəllüdlü yaşlı Raqib Əhmədova 4 dəfə atəş açıb, lakin güllələrdən heç biri ona dəyməyib.

Z.Manafov Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddə ilə təqsirləndirilir.

Murad Əhməd