Dostlarını da yığıb işlədiyi idarədən oğurluq etdi - Video

dostlarini-da-yigib-islediyi-idareden-ogurluq-etdi
Oxunma sayı: 2353

Dövlət idarəsinə məxsus anbar qarət edilib.

Qafqazinfo” xezerxeber-ə istinadən xəbər verir ki, hadisə Abşeronda, Xırdalan şəhərində baş verib. Rayon polis idarəsinə məlumat daxil olub ki, Abşeron rayon icra Hakimiyyətinin nəzdində olan İxtisaslaşdırılmış Təmir Abadlıq İdarəsinə məxsus anbar qarət edilib. Anbardan 33 ədəd emulsiya, xeyli boya, 10 ədəd yapışqan, fırça və digər ləvazimatlar oğurlanmaqla dövlət əmlakına 2 min manata yaxın ziyan vurulub.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis bu işdə şübhəli kimi elə həmin idarədə fəhlə işləyən Sumqayıt sakini Tural Hüseynovu saxlayıb. Dindirmə zamanı Tural əməlini etiraf edib. Amma o, bu işdə tək olmadığını deyib. Polis Tural Hüseynovla anbarın qapısını qırıb oğurluq edən Sumqayıt sakinləri - Qadir Əliyev, Vaqif Alıyev və Qorxmaz Həsənovu da saxlayaraq istintaqa cəlb edib.

Dindirmə zamanı dəstənin digər üzvləri də oğurluq planının Tural Həsənov tərəfindən hazırlandığını dedilər. Qeyd edək ki, saxlanılanlardan Qadir Əliyev əvvəllər də eyni əməlinə görə məhkum olunub.

Faktla bağlı saxlanılan şəxslər barəsində rayon polis idarəsində oğurluq maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.