DİN Nardaranda əməliyyat keçirdi - Fermada girov saxlanılan ukraynalı tapıldı

din-nardaranda-emeliyyat-kecirdi-
Oxunma sayı: 5643

Daxili İşlər Nazirliyi Naradaran qəsəbəsində növbəti əməliyyat keçirib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bilgəh qəsəbə sakinləri Ədalət Əliyevin və qardaşı Ataməlinin Nardaran qəsəbəsinin ərazisində yerləşən fərdi heyvandarlıq müəssisələrində Azərbaycan və Ukrayna vətəndaşlarının azadlıqlarını məhdudlaşdırmaqla uzun müddət işləməyə məcbur etmələri müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Murad Əhməd