DİN-dən polis məntəqəsindəki partlayışla bağlı - Məlumat

din-den-polis-menteqesindeki-partlayisla-bagli-
Oxunma sayı: 3142

Daxili İşlər Nazirliyi Zaqatala rayonunda yerləşən polis məntəqəsindəki partlayışla bağlı məlumat yayıb.

Qafqazinfo”ya verilən məlumata görə, hadisə rayonunda Əliabad qəsəbəsində baş verib.

Mayın 1-də saat 07.30 radələrində Zaqatala RPŞ İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı Rövşən Balıyev Əliabad qəsəbəsi ərazisində yerləşən polis məntəqəsinin qapısını açarkən partlayış baş verib.

Nəticədə məntəqənin qapı və pəncərə şüşələri dağılıb, xəsarət alan R.Balıyev DİN-in A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib.

Partlayışın qumbara partlamasından baş verməsi ehtimal olunur.

Murad Əhməd