DİN-dən 4 nəfərin öldüyü hadisə barədə - Açıqlama

din-den-4-neferin-olduyu-hadise-barede
Oxunma sayı: 3126

Daxili İşlər Nazirliyi (DİN) Goranboy rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, qəza rayonun Veyisli kəndində qeydə alınıb.

Belə ki, kənddə rayon sakinləri Ələsgər Ələsgərovun və Saday İsmayılovun idarə etdikləri “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və Ə.Ələsgərovun sərnişinlərindən Nofəl İsmayılov, habelə S.İsmayılovun sərnişinlərindən Yaşar Rzayev hadisə yerində ölüb. Ə.Əsgərovun digər 3 sərnişini və S.İsmayılovun digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Goranboy rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.