DİN binadan yıxılan uşaq haqda xəbər yaydı

din-binadan-yixilan-usaq-haqda-xeber-yaydi
Oxunma sayı: 3814

Eyvandan yıxılan 4 yaşlı uşaq xilas edilərək xəstəxanaya yerləşdirilib.

Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, hadisə Avqustun 25-də Sumqayıt şəhərində baş verib. 4 yaşlı Cavid Əlizadə evlərinin eyvanından (5-ci mərtəbədən) yıxılaraq 3-cü mərtəbədəki paltar sərilən zivəyə ilişərək asılı qalıb. Uşaq xilas edilərək xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

Xatıladaq ki, sözügedən hadisə ilə bağlı yayılan ilkin informasıyada bildirilir ki, şəhərin Təcili Tibbi Yardım stansiyasının həkimi Çiçək Cahangirova 3-cü mikrorayon, ev 11/18-in qarşısından keçərkən qəfildən 5-ci mərtəbədən azyaşlı uşağın yıxıldığını görüb. O, özünü itirmədən uşağı göydə tutmağa müvəffəq olub.
Qadın güclü zərbədən yerə yıxılsa da, nə o, nə də ki, uşaq ciddi zədə almayıb. Həkim vaxt itirmədən uşağı yaxınlıqdakı Təcili Yardım Stansiyasına çatdırıb.

Bu barədə məlumat verən həkim Nazilə Gültacın sözlərinə görə, 4 yaşlı Caviddə heç bir ciddi zədə müşahidə olunmayıb və o, özünü normal hiss edir.