Dənizdə batan gəncin cəsədi tapıldı

denizde-batan-gencin-cesedi-tapildi
Oxunma sayı: 1073

23 avqust 2016-cı il tarixində Lənkəran şəhərində dənizdə çimərkən batan şəxsin axtarışları başa çatıb.

Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Əli İltifat oğlu Babayevin cəsədi FHN Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyati üzrə təhvil verilib. Əməliyyat saat 08:15-də başa çatıb.