Dəmir Yolları deposunda bıçaqlanma

demir-yollari-deposunda-bicaqlanma-
Oxunma sayı: 1288

Gəncə Dəmir Yolları deposunda bıçaqlanma hadisəsi baş verib.

Qafqazinfo”nun SalamNews-a istinadən xəbərinə görə, hadisə Gəncə şəhər Dəmir Yolunun “Lokomotiv” deposunda olub. Mühafizəçi vəzifəsində çalışan 24 yaşlı Kərəm Məmmədov bıçaqlanıb. O, Abbas Səhhət adına 1 saylı Şəhər Xəstəxanasına gətirilib.

Xəstəxanadan verilən məlumata görə, K.Məmmədovun vəziyyəti əməliyyatdan sonra normaldır.

Faktla bağlı araşdırma aparılır.