Dələduzluqda təqsirləndirilənə hökm oxundu

deleduzluqda-teqsirlendirilene-hokm-oxundu
Oxunma sayı: 812

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Cəfər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Cəfər Cəfərov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Cəfər Cəfərov Cinayət Məcəlləsinin 178.3.2-ci ( külli miqdarda dələduzluq) maddəsi ilə təqsirləndirilir. O, 10-a yaxın şəxsdən külli miqdarda pul alaraq qaytarmayıb.

Murad Əhməd