Dayısı qızına görə adam bıçaqlayanın məhkəməsi oldu

dayisi-qizina-gore-adam-bicaqlayanin-mehkemesi-oldu
Oxunma sayı: 982

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dayısı qızına görə həmkəndlisini bıçalayan 1996-ci il təvəllüdlü Kamran Baxışovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ilkin baxış iclası baş tutub.

Dövlət ittihamçısı ittiham aktını elan edib.

K.Baxışov özünü təqsirli bildiyini deyib.

Bundan ardınca, təqsirləndirilən K.Baxışov sərbəst ifadə verib. O bildirib ki, həmdəndlisi, 1991-ci il təvəllüdlü Mikayıl Musayevi dayısı qızına görə bıçaqlayıb: "Kənddə gördüm ki, Mikayıl dayım qızının dalına düşüb. Onu çağırıb danışdım, xəbərdarlıq etdim. Dedim ki, bir də belə eləməsin. Mikayıl mənə məhəl qoymadı. Buna görə davamız düşdü. Mən də bıçağı çıxarıb onu vurdum".

Zərərçəkmiş Mikayıl Musayev də ifadə verib. O bildirib ki, artıq K.Baxışovla barışıblar: "Heç bir şikayətim yoxdu".

Məhkəmə prosesi oktyabrın 4-də davam etdiriləcək.

Murad Əhməd