Dama su borusunu təmir etmək üçün çıxdı - Ürəyi partlayıb öldü

dama-su-borusunu-temir-etmek-ucun-cixdi
Oxunma sayı: 3924

Bakıda bədbəxt hadisə baş verib.

"Qafqazinfo" FHN-in saytına istinadən xəbər verir ki, Nərimanov rayonunda 1938-ci il təvəllüdlü Əzimov Hüseyn Səməd oğlu beşmərtəbəli binanın damına çıxaraq partlamış su borusunu təmir etmək istəyib.

H. Əzimovun təmir zamanı ürəyi tutub və hadisə yerində keçinib.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq nun cəsədini binanın damından endirərək aidiyyəti üzrə təhvil veriblər.