Daha bir ağır qəza- - Ana və iki uşağı yaralandı

daha-bir-agir-qeza-
Oxunma sayı: 1028


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki,  hadisə sentyabrın 6-da saat 21.30 radələrində Lənkəran şəhərində qeydə alınıb.

Rayonun Yuxarı Nüvədi kənd sakini, 1985-ci il təvəllüdlü Faiq Kazımovun idarə etdiyi “VAZ-21011” markalı, 42 BE 724 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən qarşı tərəfdən gələn və Lənkəran şəhər sakini, 1970-ci il təvəllüdlü Şamil Babayevin idarə etdiyi “Hundai Sonata” markalı, 90 HE 579 dövlət nömrə nişanlı  minik avtomobili ilə toqquşub.

Hər iki avtomobilə ciddi ziyan dəyib, həmçinin “VAZ-21011”-in sürücüsü ilə sərnişinləri – rayonun Səpnəkəran kənd sakini, 1985-ci il təvəllüdlü Esmira Səfərova, onun 7 yaşlı qızı Fatimə Səfərova və 5 yaşlı oğlu Zamin Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

 Xəstəxanadan  verilən məlumata görə, yaralıların 4-ə də lazımi yardımlar göstərilib, hazırda  ana ilə uşaqların vəziyyəti stabil, F. Kazımovun vəziyyəti isə orta-ağırdır.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

“Qafqazinfo”