Çovdarovun qohumu ifadə verdi

covdarovun-qohumu-ifade-verdi
Oxunma sayı: 1640

Ləğv olunmuş MTN-in generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Çovdarovun vəkilləri vəsatət verərək hazırda dələduzluqda təqsirləndirilərək həbs edilən zərərçəkmişlər barədə mediada yayımlanan məlumatların sübutlar sıyahısına daxil edilməsini istəyiblər, vəsatət təmin olunub.

İclasda A.Çovdarovun kürəkəni Rəşad Əmiraslanovun bacısı Təranə Əmiraslanova ifadə verərək deyib ki, ödəniş edərək "Yüksəliş Ç" MTK-dan ev alıb və dəyərini ödəyiblər. Mənzili ona qardaşı göstərib, müqaviləni isə MTK-nın Samir adlı əməkdaşı vasitəsilə imzalayıblar.

T.Əmiraslanova deyib ki, həmin mənzili Çovdarovun hədə-qorxusu ilə ələ keçirməyiblər.

Prosesdə fasilə elan olunub.

Murad Əhməd