Çörək bişirmə sexində yanğın olub

corek-bisirme-sexinde-yangin-olub
Oxunma sayı: 760

Gəncə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 500 m2 olan çörək bişirmə sexinin anbarında, çardağın yanar konstruksiyaları 90 m2 sahədə yanıb.

Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, çörək bişirmə sexinin qalan hissəsi və ona bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın saat 07:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.