Cəlilabadda qətl - Qatil keçmiş məhbusdur

celilabadda-qetl-
Oxunma sayı: 1502

Dünən Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə avqustun 28-də Cəlilabad rayonunun Cəfərxanlı kəndində olub. Kənd sakini, əvvəllər məhkum olunmuş Qüdrət Əhmədov münaqişə zəminində həmkəndlisi Rəfail Paşayevə bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilən R.Paşayev orada ölüb. Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Əhmədov tutulub.

Murad Əhməd