Robert Prosineçkinin əvəzinə Korkut

robert-prosineckinin-evezine-korkut
Oxunma sayı: 1379

Türkiyənin "Bursaspor" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. 

Qafqazinfo” xəbər verir ki, "timsahlar" Tayfun Korkutla anlaşıb. Tərəflər arasında danışıqların müsbət nəticələndiyi və tezliklə rəsmi müqavilənin imzalanacağı bildirilir.

Almaniyada anadan olan mütəxəssis məşqçilik karyerası ərzində Almaniyanın "Hoffenhaym" klubunun U-17 komandasında, "Ştutqart"ın U-19 və "Hannover" komandalarında çalışan mütəxəssisin son iş yeri "Kayzerslautern" olub.

Qeyd edək ki, "Bursaspor" Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkini komandaya baş məşqçi gətirmək istəyirdi. Lakin xorvatiyalı mütəxəssisin müqaviləsi davam etdiyindən danışıqlar baş tutmayıb.